Dünya

Koronavirus insan ömrünü 2 il azaldıb

23 Dekabr 2021 08:22
0 Şərh     Baxış: 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) statistikasına əsasən, 2019-cu illə müqayisədə, 2020-ci ildə gözlənilən ömür uzunluğu 1,8 il azalıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, azalma son 75 ildən artıq müddətdə ən böyük birillik azalmadır.

Kişilər üçün orta ömür uzunluğu 2,1 il azalaraq, 74,2 yaşa, qadınlarda isə 1,5 il azalaraq, 79,9 yaşa düşüb.

COVID-19 epidemiyasının ölkədə infarkt və xərçəngdən sonra ən böyük ölüm səbəbi olduğu dildirilib. Həmçinin, ümumi əhali arasında ölüm nisbətlərinin keçən il 16,8% artaraq, 100 mində 835,4-ə bərabər olduğu açıqlanıb.

ABŞ-da COVID-19 məlumatlarını analiz edən Con Hopkins Universitetinin qeydlərinə görə, ölkədə virusa yoluxanların sayı 51 milyonu, ölənlərin sayı isə 810 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.