Dünya

ABŞ-ın silah ixracının həcmi il ərzində 21% azalıb

23 Dekabr 2021 08:18
0 Şərh     Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın hökumətlərarası və özəl müqavilələr çərçivəsində silah ixracının həcmi 2021-ci maliyyə ilində 138 milyard dollara düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu göstərici ABŞ Dövlət Departamentinin yaydığı məlumatda öz əksini tapıb.

Statistik məlumatlara görə, 2021-ci ildə Dövlət Departamentinin silah tədarükü üçün təsdiq etdiyi hökumətlərarası təmasların ümumi məbləği 34,81 milyard dollar, özəl sektorda analoji müqavilələrin məbləği isə 103,4 milyard dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci maliyyə ilində bu rəqəmlər müvafiq olaraq 50,78 milyard dollar və 124,3 milyard dollar olub. Beləliklə, ümumi məbləğ təxminən 175 milyard dollar olub, yəni ixrac həcmlərində təxminən 21% azalma müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.