Dünya

Ərdoğan Almaniyanın yeni kansleri Şoltsla telefonla danışıb

21 Dekabr 2021 23:26
0 Şərh     Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Prezident Rəcəb Tayyip Ərdoğan Almaniyanın yeni kansleri Olaf Şoltsla telefonla danışıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, telefon söhbətində Prezident Ərdoğan yeni vəzifəyə başlaması və andiçmə mərasimi münasibətilə münasibəti ilə Olaf Şoltsu təbrik edib.

Telefon söhbətində Türkiyə-Almaniya əlaqələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər müzakirə edilib.

Yeni mərhələdə iki ölkə arasında sağlam əlaqələrin və strateji baxışın hakim olacağına inandığını ifadə edən prezident Ərdoğan yaxın koordinasiya və müntəzəm təmasların faydalı olacağını vurğulayıb.

Prezident Ərdoğan həmçinin Türkiyə-Avropa İttifaqı münasibətlərinin üzvlük perspektivinə əsaslanan müsbət gündəm çərçivəsində yaxşılaşdırılmasının vacibliyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.