Dünya

Alman nəşrindən iddia: NATO bu ölkələrdə də güclənir

20 Dekabr 2021 03:34
0 Şərh     Baxış: 1 001
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alyans Bolqarıstan və Rumıniyadakı kontingentini genişləndirməlidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu təkliflə NATO-nun Avropadakı müttəfiq silahlı qüvvələrinin rəhbəri, amerikalı general Tod Uolters çıxış edib.

Bu barədə məlumat yayan Almaniyanın "Şpigel" qəzeti qeyd edib ki, təklif bu yaxınlarda tərəfdaş dövlətlərin hərbi qurumlarının rəhbərləri ilə videobağlantı vasitəsilə keçirilən gizli görüşdə səsləndirilib.

Qəzetin yazdığına görə, söhbət Bolqarıstan və Rumıniyada NATO-nun "Enhanced Forward Presence" missiyası çərçivəsində - Polşa və Baltikyanı ölkələrdə mövcud kontingentlər əsasında modelləşdirilmiş, 1500 nəfərə qədər olan iki hərbi kontingentin formalaşdırılmasından gedir.

İddiaya görə, NATO-nun mövcudluğunun genişləndirilməsi təklifi Ukrayna ilə sərhəddə Rusiya hərbçilərinin sayının artırılması səbəbindən irəli sürülüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.