Dünya

Rəsmi Vaşinqton “Taliban”a tələb irəli sürdü

18 Dekabr 2021 11:54
Baxış: 532
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hökuməti Əfqanıstan sakinlərinə humanitar yardım göstərməyə hazırdır, lakin ölkədə nəzarəti ələ keçirən radikal "Taliban" hərəkatından öhdəliklərin yerinə yetirilməsini tələb edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

"Biz Əfqanıstana dəstək göstəririk. ABŞ Əfqanıstan üçün ən böyük ianəçidir. Son bir neçə ay ərzində BMT və qeyri-hökumət təşkilatlarının xətti ilə Əfqanıstandakı humanitar ehtiyaclara yarım milyard dollardan artıq vəsait ayırmışıq", - deyə o qeyd edib.

Sallivan xatırladıb ki, Vaşinqton BMT-nin strukturlarına və qeyri-hökumət təşkilatlarına əfqanlara humanitar yardım göstərilməsində mane olmur.

"Biz, həmçinin "Taliban"la danışırıq, onlara bildiririk ki, əgər onlar hər hansı bir ölkədən, o cümlədən ABŞ-dan birbaşa yardım almaq istəyirlərsə, əsas öhdəlikləri, beynəlxalq humanitar öhdəlikləri, insan hüquqlarına aid öhdəlikləri və terrorizmə qarşı mübarizə məsələlərində öz öhdəliklərini yerinə yetirməlidirlər", - deyə Sallivan əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.