Niderlandın sağçı Demokratiya Forumu Partiyasının lideri Tyerri Bod ölkə əhalisinin COVID-19-a qarşı peyvəndləmə kampaniyasını Holokostla eyniləşdirdiyinə görə məhkəməyə verilib.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, deputat qalmaqallı açıqlamasını öz "Twitter" səhifəsində yerləşdirib.
O, nasist həbs düşərgələrinin fotolarını paylaşaraq bu hadisəni koronavirusa qarşı həyata keçirilən kütləvi vaksinasiyası ilə müqayisə edib.
Deputat bu paylaşımla Niderlandla peyvənd olunmamış vətəndaşlar üçün ictimai yerlərə getməyin qadağan olunmasını nəzərdə tutan karantin tətbiqinə münasibətini ifadə edib.
Nəticədə məhkəmə sağçı deputata 48 saat vaxt verib. Belə ki, deputata iki sutka ərzində sözügedən paylaşımı səhifəsindən silməlidir.
Əks halda, o, mikrobloqunda müvafiq paylaşımını silənə qədər gündəlik 25 min avro ödəməli olacaq.
Milli.Az