Dünya

Qəribə davranmağa başlayan it uşağın həyatını xilas etdi - FOTO

17 Dekabr 2021 12:54
0 Şərh     Baxış: 1 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Twitter" istifadəçisi Kelli Endryu ev itinin qəribə davranışının qızının həyatını necə xilas etməsi barədə paylaşım edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun sözlərinə görə, gecə yarısı Henri ləqəbli iti israrla uşaq otağına girməyə çalışıb. Ev heyvanının davranışını başa düşməyən ailə əvvəlcə ona əsəbiləşib.

"Qızım xəstə idi və mən itin davranışından bezmişdim", - deyə o yazıb. Lakin valideynlər sonda otağa girmək qərarına gəlib və qızlarının nəfəs almadığını görüblər. Sən demə, heyvan uşağı həyata qaytarmağa çalışırmış.

"Gecəni xəstəxanada keçirdik. Onu oyatmasaydıq, bilmirəm nə olardı. Biz itlərə layiq deyilik...", - deyə Endryu bildirib.

Sonrakı paylaşımında qadın uşağın xeyli yaxşılaşdığını və ailənin evə qayıtdığını bildirib. Qadın pişik və itlərin insanları necə xilas etdiyi barədə öz hekayələrini şərhlərdə danışan digər istifadəçilərə də təşəkkür edib.

Onun paylaşımı 5000-dən çox retvit və 69.000 bəyənmə ilə sosial şəbəkədə virus kimi yayılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.