Dünya

“Omikron” dünyanın əksər ölkələrinə yayılıb - ÜST

15 Dekabr 2021 09:42
0 Şərh     Baxış: 551
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib ki, koronavirusun yeni "Omikron" ştammı hələ rəsmi olaraq müəyyən edilməsə də, dünyanın əksər ölkələrində geniş yayılıb.

"Bu günə qədər 77 ölkə "omikron"a yoluxma halları barədə məlumat verib və reallıq budur ki, yeni ştamm hələ rəsmən müəyyən edilməsə belə, əksər ölkələrdə artıq mövcuddur. "Omikron" digər variantlardan daha sürətlə yayılır", - deyə təşkilat sədri bəyan edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, noyabrda Cənubi Afrikada tapılan koronavirusun yeni B.1.1.529 variantı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "narahatlıq doğuran" kimi təsnif edilib və "omikron" (yunan əlifbasının hərflərindən biri) olaraq adlandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.