Dünya

“Omikron” daha təhlükəli “Delta” ştammını sıxışdıra bilər

14 Dekabr 2021 09:36
0 Şərh     Baxış: 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Omikron" ehtimal ki, "Delta" ştammını sıxışdıracaq. Artıq Cənubi Afrikada bunun baş verdiyinə dair məlumatlar var.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qamaleya adına Epidemioogiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qintsburq bildirib.

"Cənubi Afrikada onun sıxışdırdığı və bunun kifayət qədər sürətlə baş verdiyi barədə məlumatlar var. Ona görə də hər şey mümkündür", - deyə alim bildirib.

Xatırladaq ki, bundan əvvəl rusiyalı alimlər "Omikron"un patogenliyinin az olduğu üçün canlı peyvənd ola biləcəyi barədə məlumat vermişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.