Dünya

Ermənistanda bir qrup hərbçi həbs edildi, tabor komandiri və müavini isə...

11 Dekabr 2021 22:48
0 Şərh     Baxış: 1 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan İstintaq Komitəsinin (İK) Hərbi İstintaq İdarəsi noyabrın 16-da Ermənistanın Azərbaycanla sərhəddə təxribatı zamanı döyüş postundan qaçan bir neçə erməni hərbçinin saxlanılması barədə qərar qəbul edib.

Milli.Az azsabah.com-a istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, 2021-ci il noyabrın 16-da döyüş zamanı xidmətdə olan gizir və iki əsgər hərbi xidmətin təşkili və aparılması qaydalarını pozub, nəticədə şəxsi heyət döyüş mövqelərini tərk edərək qaçıb,

Azərbaycan Silahlı Qüvvələri isə həmin döyüş mövqelərinə nəzarəti ələ keçirib.

Həmçinin bildirilir ki, ilkin araşdırmalar nəticəsində döyüş postunun şəxsi heyətindən 4 nəfər hərbi qulluqçu saxlanılıb. Onlardan başqa, sözügedən ərazini qoruyan tabor komandiri və onun müavininə qarşı da ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.