Moskvanın üç hava limanında 50-dən çox reys təxirə salınıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hava şəraitinə görə "Vnukovo", "Domodedovo" və "Şeremetyevo" hava limanlarında 50-dən çox reys təxirə salınıb və ya ləğv olunub.
Qeyd edək ki, bir müddət əvvəl sinoptiklər Moskvada güclü qar yağacağını proqnozlaşdırıb. Rekord miqdarda yağıntı barədə xəbərdarlıq edilib.
Milli.Az