Korotçenko Soçi anlaşmasını pozan İrəvan haqqında danışdı: “Bir dəfə xəyanət edənə iman yoxdur”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan parlamentinin spikerinə ünvanladığı gözlənilməz sərt demarş əslində, təkcə Alen Simonyana aid deyil, həm də Moskvanın Paşinyan rejimi ilə danışıqlar apara bilməməsindən və öhdəliklərini yerinə yetirməkdən imtina etməsindən artan qıcıqlanmasını əks etdirir".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu yaxınlarda Soçidə keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmadan boyun qaçırması Moskvanı qıcıqlandırır:
"Rusiyanın İrəvanın konstruktiv mövqeyi ilə bağlı gözləntiləri növbəti dəfə özünü doğrultmadı. Ermənistan yenə də "rus balığını yeməyə", eyni zamanda, yumşaq desək, Qərbin dizi üstə oturmağa çalışır.
Bütün bunlar isə o deməkdir ki, Cənubi Qafqazda sabitlik gözləməyə dəyməz. İrəvan açıq şəkildə Azərbaycana qarşı silahlı təxribatlar praktikasını davam etdirəcək. Üstəlik, ABŞ və Avropa İttifaqı Paşinyan vasitəsilə inadla regiona girməyə çalışır. Bu məqsədlə də, Ermənistanın köməyi ilə Rusiyanı bölgədə sıxışdırmaq istəyirlər.
Moskva Paşinyan və Soros komandasının böyük ümidlər bəslədiyi qarşıdan gələn Brüssel sammitinə hazırlığı diqqətlə izləyir. Rusiyanın İrəvandakı mövcud siyasi rejimə münasibətinə gəlincə, bu, "Bir dəfə xəyanət edənə iman yoxdur" adlı məlum həqiqətdə tam əksini tapıb".
İqor Korotçenko bildirib ki, Ermənistan geosiyasi şahmat taxtasında piyada statusuna malikdir, amma Rusiya və digər qlobal oyunçularla münasibətlərdə özünü ağır fiqur kimi təsəvvür edir: "Bu piyada sadəcə Rusiya üçün oyndadır. Qərblə oyunda isə onu yeyəcəklər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Bu, Ukraynaya nüvə zərbəsinə bərabərdir"
-
Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
-
Ərdoğan növbəti prezident seçkisində namizəd olacaq? - Rəsmi açıqlama
-
Bu ölkədə səma narıncıya boyandı - 280 min insan xəstələndi
-
Qardaş ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək
-
İstanbulda son vəziyyət... - (Foto)
XƏBƏR LENTİ
-
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
-
Diabet xəstələri banan yeyə bilər?
-
Bloqer Aysel Şükürün keçmiş əri həbs edildi - (Foto)
-
Bakıda 8 marşrutun yolu dəyişdirilir
-
"Bu, Ukraynaya nüvə zərbəsinə bərabərdir"
-
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub - (Foto-Video)
-
Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
-
Ərdoğan növbəti prezident seçkisində namizəd olacaq? - Rəsmi açıqlama
-
Bu ölkədə səma narıncıya boyandı - 280 min insan xəstələndi
-
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
-
Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)
-
U -23 millimiz qələbə qazandı
-
Prezident İlham Əliyev və Sadır Japarov AQEM sammiti çərçivəsində qeyri-rəsmi söhbət edib - (Foto)
-
Azərbaycanda gənc əsgər vəfat etdi - (Foto)
-
"Arsenal" "Bavariya"nın müdafiəçisinə "elçi düşdü"
-
AQEM 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib
-
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib
-
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - (Foto)
-
Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
-
Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)
-
AQEM Sammitində ölkə liderlərinin səmimi söhbətləri - (Video)
-
Xalq artisti Zaur Rzayev reanimasiyaya yerləşdirildi
-
Sumqayıtda bağçada azyaşlı xəsarət aldı: Uşağın qolu sındı
-
“Sabah”ın qapıçısı Kurtuaya şərik oldu





