Dünya

Britaniyalı alimlər koronavirus pandemiyasının nə vaxt başa çatacağını açıqlayıb

4 Dekabr 2021 18:37
0 Şərh     Baxış: 1 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus ən azı qarşıdakı 5 il ərzində ciddi təhlükə mənbəyi olaraq qalacaq.

Milli.Az "Report"a istinadən xəbər verir ki, belə bir qənaətə Böyük Britaniya hökumətinin Fövqəladə Vəziyyətlər Elmi Məşvərət Qrupunun (SAGE) ekspertləri gəlib.

Belə ki, sözügedən müddət ərzində səhiyyəyə təhdid yaradacaq koronavirusa qarşı peyvəndləmə və monitorinq vasitəsilə cavab tədbirləri görməyin vacib olacağı bildirilib. Lakin peyvəndləmə və sair cavab tədbirləri yetərsiz olsa, bu müddət arta da bilər.

Böyük Britaniyada aparılan geniş əhatəli peyvəndləmə işləri nəticəsində koronavirusa yoluxma ilə bağlı vəziyyətin nisbətən sabitləşdiyi də diqqətə çatdırılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.