Dünya

Cozef Bayden ABŞ-ın "əsl prezidenti"nin adını açıqlayıb

4 Dekabr 2021 08:42
0 Şərh     Baxış: 1 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Evin rəhbəri Cozef Bayden ABŞ-ın baş infeksionisti Entoni Fauçini Birləşmiş Ştatların "əsl prezidenti" adlandırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, o, hökumətin pandemiya ilə mübarizə üçün yeni strategiyası ilə bağlı çıxışı zamanı zarafat edib.

Baydenin sözlərinə görə, Fauçi Ağ Evin işlərinə o qədər cəlb edilib ki, bəzən adama elə gəlir ki, o, əsl prezidentdir.

"Həkim Fauçini həyat yoldaşımdan tez-tez görürdüm, bir-birimizə zarafat edirik. Baxın, prezident kimdir? Fauçi!" - Amerika lideri deyib.

Cümə axşamı Bayden ölkədə qışda koronavirusun yayılması ilə mübarizə üçün yeni plan təqdim edib. Plana karantin qaydalarının tətbiqi daxil deyil. Ağ Ev administrasiyası sınaqların və peyvəndlərin genişləndirilməsinə diqqət yetirmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.