Qərb situasiyanı gərginləşdirmək və Rusiya ətrafında qeyri-stabillik yaratmaq üçün Dnestryanı konfliktinin həllindən yana çıxış edə bilər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Moldovanın sabiq prezidenti İqor Dodon deyib.
"Postsovet məkanında konfliktlərin həlli Rusiyaya qarşı yönəlib. Qərbə Rusiya ətrafında qeyri-sabitlik yaratmaq gərəkdir. Məsələ orasındadır ki, bu konfliklərdə iştirak etməmək, yem olmamaq üçün kiçik ölkələrin buna ağlı yetəcəkmi?" - deyə Dodon bildirib.
Eks-prezident əlavə edib ki, hələlik sanksiyalarla müşahidə olunan soyuq geosiyasi müharibə aparılır.
Milli.Az