Dünya

Britaniyanın Müdafiə Nazirliyinin Baş Qərargah rəisi istefa verib

30 Noyabr 2021 22:29
0 Şərh     Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Müdafiə Baş Qərargah rəisi Nikolas Karter vəzifəsindən istefa verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb.

Bildirilib ki, 3 ildən artıq Baş Qərargah rəisi vəzifəsində xidmət edən general Nikolas Karter Müdafiə Nazirliyini tərk edib.

62 yaşlı general təntənəli şəkildə yola salınıb. Müdafiə naziri Ben Uolles onunla əl sıxaraq xatirə şəkili çəkdirib.

Qeyd edək ki, Karteri Kral Hərbi Dəniz Qüvvələrinin və Britaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri vəzifəsində çalışmış Toni Radakin əvəz edəcək. Təyinatla bağlı qərar bu ilin oktyabrında qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.