Dünya

Türkiyə bu görüntüdən danışır - VİDEO

30 Noyabr 2021 14:06
2 Şərh     Baxış: 2 875

Xəbər verdiyimiz kimi, Türkiyədə əsən güclü külək İstanbul da daxil olmaqla, ölkənin bir neçə yerində ciddi fəsadlar törədib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, İstanbulda fırtına zamanı bələdiyyə avtobuslarının sürücülərinin xeyirxah davranışı sosial şəbəkələrdə müsbət müzakirələrə səbəb olub.

Belə ki, motosikletli 4 kuryer "15 iyul şəhidlər körpüsü" üzərində fırtına səbəbindən hərəkət etməkdə çətinlik çəkib. Kuryerlərin çətin vəziyyətdə olduğunu görən iki avtobus sürücüsü onları qoruyaraq baş verə biləcək qəzanın qarşısını alıblar.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. İstanbulun meri Ekrem İmamoğlu da öz növbəsində avtobus sürücülərinin jestini əks etdirən görüntünü paylaşıb və hadisəni "Dost yolda tanınır" deyə şərh edib.

Milli.Az 

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Mehparə · 30 Noyabr 2021 14:4430

    Sadəcə İNSANLIQ!

    Cavab yaz
  • Anonim
    Alina · 30 Noyabr 2021 15:4300

    Halal olsun avtobusada mindirə bilərdilər motosiklet sürücülərinin çoox əziyyət çəkdikləri açıq aydın görünür

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.