Hava

Noyabrın son gününə olan HAVA PROQNOZU

29 Noyabr 2021 12:37
6 Şərh     Baxış: 2 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 30-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 8-10° isti, gündüz 13-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Noyabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.