Hava

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

7 Fevral 2021 11:32
Baxış: 2 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Milli.Az-a verdiyi məlumata görə fevralın 8-də  Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.Havanın temperaturu  Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-10, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan  759 mm civə sütununa yüksələcək, nisbi rütubət  70-80 faiz olacaq.

Fevralın 8-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər  bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu  gecə 2-6 dərəcə isti, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.