Hava

Son onilliklərdə Bakıda intensiv yağıntılı günlərin sayı artıb

25 İyun 2020 14:19
Baxış: 2 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxillik məlumatların təhlilinin nəticələri göstərir ki, Azərbaycanın əksər rayonlarında yağıntının miqdarının ümumi azalması fonunda paytaxtda son onilliklərdə intensiv yağıntılı günlərin sayının artması tendensiyası müşahidə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, 1992-ci ildən 2019-cu ilə qədər olan dövrdə 5 mm və 10 mm-dən çox olan yağıntı günlərinin sayı orta hesabla 7 gün, 15 mm.-dən çox yağıntı günlərinin sayı isə 5 günədək artıb:

"Müqaisə üçün qeyd etməliyik ki, Bakı şəhərində iyun ayı üzrə yağıntı norması 10 mm, iyul ayı üzrə isə ondan da az - 2 - 3 mm təşkil edir. Buna görə də əgər iyun ayında bir gün ərzində 10 mm yağıntı düşərsə, bu, artıq bir aylıq norma səviyyəsində yağıntının düşməsi deməkdir. Bu öz növbəsində müəyyən fəsadlar yarada bilər ki, ona da hazır olmalıyıq. İstanbuldakına bənzər baş vermiş leysan yağışlarından heç bir ərazi sığortalanmayıb. Maddi-texniki imkanların əhəmiyyətli dərəcədə yaxşılaşmasına baxmayaraq, belə hava hadisələrini proqnozlaşdırmaq getdikcə çətinləşir. Qeyri-ixtiyari belə bir sual ortaya çıxır: Bu, iqlim dəyişmələridir, yoxsa bunu "yeni iqlim" kimi adlanmdırmaq daha düzgün olar?

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.