Bakıya yağış, bəzi rayonlara qar yağacaq - HAVA PROQNOZU
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, aprelin 17-si günün ikinci yarısından aprelin 19-dək Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
BDYPİ sürücülərə müraciət etdi
-
Tanınmış aparıcı canlı yayımda qardaşının ölüm xəbərini aldı - (Video)
-
"Brent" bahalaşdı
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır





