Hava

Avqustun 3-nə olan hava proqnozu

3 Avqust 2011 02:00
Baxış: 8 539
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək.
Bakıda gecə 25-27°, gündüz 36-38° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 750 civə sütununa enəcək, nisbi rütubət səhər və gecə 55-65 faiz, gündüz 45-55 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.

Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 4-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, avqustun 6-dan 10-dək əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur tədricən 5-10° aşağı enəcək.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.
Temperatur gecə 23-28°, gündüz 36-41° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.
Temperatur gecə 19-24°, gündüz 30-35° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.
Temperatur gecə 21-26°, gündüz 35-40° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var.
Temperatur gecə 20-25°, gündüz 33-38° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.
Temperatur gecə 24-29°, gündüz 37-42° təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcək.
Temperatur gecə 24-28°, gündüz 36-40°, dağlarda gecə 19-24°, gündüz 33-36° isti olacaq.

Xəbərdarlıq: uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 3-dən 4-nə keçən gecədən başlayaraq hava şəraitinin dəyişiləcəyi, birinci ongünlüyün sonunadək qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimalı vardır. Havanın temperaturu tədricən 5-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.