Hava

Gecəyə doğru bəzi yerlərdə... - HAVA XƏBƏRDARLIĞI

9 Yanvar 2022 12:02
9 Şərh     Baxış: 5 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 10-da Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.