DÇ-2014

E qrupu: Mundialın "təzə bəyi" və çevrilişlər diyarı

8 İyun 2014 11:56
0 Şərh     Baxış: 2 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada başlayacaq futbol üzrə XX dünya çempionatında İsveçrə, Ekvador, Fransa və Hondurasın yer aldığı "E" qrupunda aşkar favorit fransızlar görünür. Amma İsveçrə də çempionata, sadəcə, tamaşaçı kimi gəlməyib...

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, İsveçrə futbolda ciddi uğur qazanmasa da, Avropada Böyük Britaniyadan sonra futbolun mövcud olduğu ilk ölkələrdən biridir. İsveçrə milli komandası ilk oyununu 1905-ci ildə indi qrupdakı rəqibləri olan Fransaya qarşı keçirib. 1954-cü ildə mundila İsveçrə ev sahibliyi etdi.

Bu çempionatda iki komandaya - yarışların təşkilatçısı olan İsveçrəyə və 1950-ci ildə dünya çempionu olmuş Uruqvay komandasına birbaşa vəsiqə verilmişdi.

Turnirdə təşkilatçı ölkə uğursuz çıxış etdi və çempionatın qalibi AFR oldu.

Bu ölkə futbolun inkişafına görə Avstriyalı məşqçi Karl Rappan da borcludur. Məhz onun sayəsində bu ölkənin milli komandası 1934, 1938 və 1954-cü illər mundilalına adını yazdıra bilib. İsveçrə futbolunun ikinci intibah dövrü isə ingiltərəli mütəxəssis Roy Hocsonun adı ilə bağlıdır. Məhz Hocson isveçrəliləri 1994-cü ildə dünya, 2 il sonra isə Avropa çempionatına apara bilib.

İsveçrə millisi Braziliyada 10-cu dəfə dünya çempionatlarında çıxış edəcək. Təəssüf ki, komanda bu mundiallarda ən yaxşı halda 1/4 finala kimi irəliləyib.

Hazırkı baş məşqçi Ottmar Hidsfeldin yetirmələri seçmə mərhələni məğlubiyyətsiz başa vurdu. İslandiya, Sloveniya, Norveç, Albaniya və Kiprin yer aldığı qrupda bu uğuru normal qarşılamaq olar. 10 görüşdən 7-də qələbə qazanan "qırmızılar" sadəcə üç oyunda rəqiblərinə qol vurmaq imkanı yaratdı. Onların İslandiya ilə Berndə baş tutan qarşılaşması isə seçmə mərhələnin ən yaddaqalan oyunlarından oldu (4:4).

Püşkün nəticəsini isveçrəlilər üçün uğursuz hesab etmək olmaz. İsveçrə yığmasının mundialın ən gənc kollektivlərindən biri (26 yaş+24 gün) olacaq.

İsveçrə millisinin baş məşqçisi dünya çempionatına aparacağı 23 nəfərlik heyəti müəyyənləşdirib.

İsveçrə millisi Braziliyaya aşağıdakı "23-lük"lə yollanacaq:

Qapıçılar: Dieqo Benalyo ("Volfsburq"), Roman Bryuki ("Qrasshoppers"), Yan Zommer ("Bazel").

Müdafiəçilər: Joan Djuru ("Hamburq"), Filipp Senderos ("Valensiya"), Stefan Lixtştayner ("Yuventus"), Rikardo Rodriges ("Volfsburq"), Fabian Şer ("Bazel"), Stiv fon Berqen ("Yanq Boyz"), Reto Tsiqler ("Sassuolo"), Mixael Lanq ("Qrasshoppers").

Yarımmüdafiəçilər: Trankilo Barnetta ("Ayntraxt", Frankfurt), Valon Behrami, Blerim Dzemaili, Gökhan İnler (hamısı "Napoli"), Cerdan Şakiri ("Bavariya"), Valentin Ştoker ("Bazel"), Qranit Caka ("Borussiya", Münhenqladbax), Jelson Fernandes ("Frayburq").

Hücumçular: Yosin Drmiç ("Nürnberq"), Mario Qavranoviç ("Sürix"), Xaris Seferoviç ("Real Soseydad"), Admir Mehmedi ("Frayburq").

İsveçrənin ümid verən futbolçuları sırasında Xerdan Şaqiri, Haris Seferoviç, Valon Behrami, Blerim Jemaili, Admir Mehmedi və başqalarını adını çəkmək olar.

Ekvador

Ekvador millisi mundialın "təzə bəylərindən" hesab oluna bilər. Ekvadora seçmə mərhələsini adlamaq heç də asan olmayıb. Argentina, Kolumbiya, Çili, Uruqvay və Venesuela ilə görüşlərdə çətinliklərlə üzləşən Reynaldo Ruedanın yetirmələri dünya çempionatına vəsiqəni yalnız son turda təmin edə biliblər. Ekvador millisi Uruqvayla eyni sayda xal yığsa da, top fərqinə görə rəqibindən üstün olduğundan, mundiala birbaşa vəsiqə qazanıb.

Bu uğurda Reynaldo Ruedanın əməyi az deyil. Onun komandasının bu mundialda sürpriz edəcəyini gözləyənlər də var. Beləliklə, baş məşqçi Braziliyaya bu futbolçuları aparacaq:

Qapıçılar: Maksimo Banqera ("Barselona"), Adrian Bone ("El Nasyonal"), Aleksandr Dominqes ("Lida de Kito")

Müdafiəçilər: Qabriel Açilyer, Oskar Baqi, Xorxe Quaqua ("Emelek"), Valter Ayovi ("Paçuka"), Frikson Eraso ("Flamenqo"), Xuan Karlos Paredes ("Barselona"), Kristian Ramires ("Fortuna")

Yarımmüdafiəçilər: Sequnqo Kastilyo ("Əl-Hilal"), Karlos Qrueso ("Ştutqart"), Renato İbarra ("Vitess"), Fidel Martines ("Tixuana"), Kristian Naboa ("Dinamo"), Pedro Kinyones ("Emelek"), Luis Saritama ("Barselona"), Antonio Valensiya ("Mançester Yunayted")

Hücumçular: Hayme Ayovi ("Tihuana"), Felipe Kaysedo ("Əl-Cəzirə"), Cefferson Montero ("Moreliay"), Joao Rohas ("Kruz Azul"), Enner Valensiya ("Paçuka"), Armando Vila ("Universidad Katolika")

Yığmanın lideri "Mançester Yunayted"in şərəfini qoruyan Antonio Valensiyadı. O, eyni zamanda komandanın kapitanıdır. Dünya çempionatında ekvadorluların güvənə biləcəyi oyunçu sayı elə də çox deyil. "Əl-Cəzirə"də çıxış edən Felipe Kaysedo hücum xəttinin lideri hesab edilir.

Onunla eyni çempionatda çıxış edən Sequnda Kastilyo, Kristian Noboa və gənc Renato İbarra da ümid verən futbolçulardandı. "Ştutqart"ın üzvü, 19 yaşlı Karlos Qruezoya da ümidlər çoxdur.

Fransanın yeni "xoruzlar"ı

Fransa millisi yuxarıda da qeyd etdiyimiz kimi bu qrupun növbəti mərhələyə çıxa biləcək ən şanslı komandasıdır. Braziliya çempionatının baş kubokunu almağa iddialılar sırasında Fransa millisi də var. XX mundialın 15-də iştirak edən "xoruzlar ölkəsi"nin təmsilçisi 1998-ci ildəki uğurlarını təkrar etmək niyyətlərini gizlətmirlər də. Bəzi rəylərə görə, Fransa millisi əvvəlki nüfuzunu bərpa edə bilmək üçün hələ çox çalışmalıdır. 1998-ci ildə futbol ilahəsini başı üzərinə qaldıran Didye Deşam indi millinin baş məşqçisidir və iddialı danışır.

İspaniya, Finlandiya, Belarus və Gürcüstanla eyni qrupda yer alan fransızlar keçirdikləri 8 oyundan beşində qələbə qazanıblar. Ukrayna ilə keçirilən pley-off matçında ilk görüşdə iki top fərqi ilə uduzan Fransa millisi təkrar oyunda möcüzə etdi. Komanda cavab matçında lazım olan üç topu vuraraq dünya kubokuna vəsiqə qazandı.

Didye Deşam artıq Braziliyaya aparacağı 23 futbolçunun siyahısını açıqlayıb:

Qapıçılar: Huqo Loris ("Totenhem"), Mikael Landro ("Bastiya"), Stefan Ruffye ("Sent Etyen").

Müdafiəçilər: Matyö Debuşi ("Nyukasl"), Luka Din (PSJ), Patris Evra ("Mançester Yunayted"), Loran Koselni ("Arsenal"), Elyakim Manqala ("Porto"), Bakari Sanya ("Arsenal"), Mamadu Sako ("Liverpul"), Rafael Varan ("Real").

Yarımmüdafiəçilər: Yoan Kabay (PSJ), Frank Riberi ("Bavariya"), Kleman Qrenye ("Lion"), Blez Matyuidi (PSJ), Rio Mavuba ("Lill"), Pol Poqba ("Yuventus"), Mussa Sissoko ("Nyukasl"), Matyö Valbuena ("Marsel").

Hücumçular: Kərim Benzema ("Real"), Olivye Jiru ("Arsenal"), Anton Qrizman ("Real Sosyedad"), Loik Remi ("Kvin Park").

Mundialın ən zəifi

Honduras dedikdə adamın yadına saysız-hesabsız hərbi çevrilişlər düşür. 8 milyon əhalisi olan Hondurasın mundiala qatılması özü belə artıq uğur hesab edilməlidir. Honduras artıq iki dəfə 1962 və 1982-ci illərdə mundialda iştirak edib. Bu sayca honduraslıları üçüncü çempionatıdır. Honduras bu mundialın ən zəif komandası sırasında yer alır.

KONKAKAF zonasında mübarizə aparan Honduras millisinə mundiala vəsiqə qazanmaq o qədərdə asan olmayıb. Bu zonadan üç vəsiqəni ABŞ, Meksika və Kosta-Rika təmin etmişdi. Meksikanın seçmə mərhələdə büdrəməsi Hondurasın işinə yaradı və Fernando Suaresin rəhbərlik etdiyi komanda mundiala birbaşa vəsiqə qazandı.

Luis Fernando Suaresin dəvət göndərdiyi 23 futbolçu aşağıdakılardı:

Qapıçılar: Noel Valyadares ("Olimpiya"), Donis Eskober ("Olimpiya")

Müdafiəçilər: Arnold Peralta ("Reyncers"), Meynor Fiqeroa ("Hall Siti"), Viktor Bernandes ("San-Xose"), Emilio İsaqirre ("Seltik"), Osman Çaves ("Çindao Djonun"), Xuan Karlos Qarsiya ("Uiqan"), Brayan Bekeles ("Olimpiya"), Xuan Pablo Montes ("Motaqua")

Yarımmüdafiəçilər: Uilson Palasios ("Stok Siti"), Xorxe Karlos ("Motaqua"), Luis Qarrido ("Olimpiya"), Roxer Espinosa ("Uiqan"), Bonek Qarsiya ("Hyüston Dinamo"), Endi Nahar ("Anderlext"), Marvin Çaves ("Kolorado Repids"), Mario Martines ("Real Espanya")

Hücumçular: Karlo Kostli ("Real Espanya"), Cerri Benqtson ("Nyu-İnqlend Revolyuşi"), Cerri Palasios ("Alaxuelense"), Roni Martines ("Real Soseydad")

Göründüyü kimi, Honduras millisinin bir çox üzvləri öz daxili çempionatlarında oynayırlar. Yalnız onlardan bir neçəsi legionerdir. Uilson Palasios komanda yoldaşlarına nisbətən daha təcrübəlidir. O, "Stok Siti"nin şərəfini qoruyur. Onun komanda yoldaşı Meynor Fiquera isə müdafiənin əsas fiqurlarındandı.

Futbol bukmeykerləri Hondurasın çempionatda uğur qazanmaq şansını "0" hesab edirlər. Əlbəttə, əgər Honduras hərbçiləri Braziliyada da silahlı çevriliş etmək istəməsələr...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.