Tibb müəssisələri prezident seçkiləri ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Növbədənkənar prezidenti seçkiləri ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq edir.
Milli.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlər çərçivəsində TƏBİB-in müvafiq tabeli tibb müəssisələri fevralın 5-dən gücləndirilmiş iş rejiminə keçib və bu, fevralın 8-dək davam edəcək.
Səhhəti ilə əlaqədar müalicə alan seçicilər üçün Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi və Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində səyyar seçki məntəqələri yaradılıb və həmin məntəqələrdə səsvermə təşkil ediləcək.
Həmçinin seçicilərin səhhəti ilə əlaqədar hallar baş verdiyi təqdirdə onların müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən-müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahıların tərtib edilməsi təmin olunacaq.
Yeni Klinika və Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbələrində zərurət yarandığı hallar üzrə tibbi yardım göstərilməsi məqsədilə boş çarpayıların ayrılması təmin olunub.
Eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bundan əlavə, seçkiləri müşahidə etmək hüququnu almış xarici müşahidəçilər fasiləsiz tibbi xidmətlərlə təmin ediləcəklər.
Xarici müşahidəçilərin yerləşdiyi "Boulevard Hotel" və "Hyatt Regency" hotellərində 5-8 fevral tarixlərində həkim məntəqəsi, "Radisson Hotel Baku" hotelinin ərazisində isə gücləndirilmiş təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib. Təcrübəli, eyni zamanda xarici dil bilikləri olan tibbi heyət növbətçilik əsasında təhkim olunublar. Zəruri təchizat və təminat işləri yerinə yetirilib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Milli.Az
XƏBƏR LENTİ
-
Bakıda avtobus ağır qəzaya düşdü: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas 2900 manata satılıb - (Foto)





