Xankəndidə sığınacaq yaradıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin Xankəndi şəhərində həssas əhali qruplarından olan şəxslər üçün 30 nəfərlik sığınacaq yaradılıb.
Nazirlikdən Milli.Az-a verilən xəbərə görə, bunun üçün Xankəndinin mərkəzində 30 çarpayılıq yataq otaqları, su, elektrik sistemi, mətbəxi, sanitar qovşağı, istirahət otağı və camaşırxanası olan üçmərtəbəli bina ayrılıb. Binada təmizlik və müvafiq təchizat işləri yekunlaşıb və 10 oktyabr 2023-cü il tarixdən sığınacağa sakinlərin qəbuluna başlanıb.
Onlar burada gündə 3 dəfə isti yemək və qəlyanaltı ilə təmin olunurlar. Sığınacağın xarici təhlükəsizliyi polis tərəfindən təmin edilir.
Sığınacaqda çalışmaq üçün 2 psixoloq və 2 sosial işçi cari il sentyabrın 30-dan Xankəndi şəhərinə ezam olunub, orada sakinlərin ilkin ehtiyaclarını və psixo-sosial vəziyyətini qiymətləndiriblər. Qiymətləndirmə aparılan şəxslərin yaşadıqları yerlərə gedilərək, onlara sığınacağın yeri və qida təminatı barədə məlumatlar da verilib.
Artıq 6 nəfər sığınacağa yerləşdirilib, 1 nəfər aidiyyəti üzrə tibbi xidmət göstərilməsi üçün yönləndirilib, ümumilikdə 11 nəfər sığınacağın xidmətlərindən istifadə edib.
Həmin psixoloq və sosial işçilər tərəfindən hazırda sığınacaq sakinlərinə sosial xidmətlər göstərilir. Sığınacaqda çalışmaq üçün həmçinin aşbaz, texniki işçilər və b. da ezam olunub.
Sığınacağa yerləşdirmə könüllü xarakter daşıyır, gecə qalmaq istəməyənlərə də gündə 3 dəfə qida, zəruri geyim və sosial xidmətlərdən yararlanmaq imkanı yaradılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də gün ərzində bir neçə dəfə sığınacağı ziyarət edir, şəraitlə tanış olur, ərzaq-qida təminatı, göstərilən sosial xidmətlərlə maraqlanırlar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
XƏBƏR LENTİ
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq





