Türkiyə

Ərdoğan xəbərdarlıq etdi: İran tədbirlər görməsə... - VİDEO

24 Avqust 2021 02:33
0 Şərh     Baxış: 98 594
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Liderlər ikitərəfli əlaqələrlə yanaşı, Əfqanıstandakı situasiya, miqrasiya məsələsi və regional problemləri müzakirə ediblər.

Ərdoğan Türkiyənin Əfqanıstandakı prioritetinin vətəndaşların təxliyəsi olduğunu bildirib, uyğun şərtlər altında Kabil aeroportunun qorunmasının davam etdiriləcəyini qeyd edib:

"Əfqanıstan və İranda lazımi tədbirlər görülməsə, yeni miqrasiya dalğası qaçılmaz olacaq. Başda Avropa ölkələri olmaqla, hər kəs bu məsəldə həmrəylik nümayiş etdirməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.