Türkiyə

Avropa Türkiyəyə qarşı böyük səhv etdi - Abdullah Gül

28 İyun 2021 16:06
0 Şərh     Baxış: 1 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Avropa Birliyinə (AB) üzvlüyü ilə bağlı ittifaqın səhvləri oldu.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin sabiq prezidenti Abdullah Gül müsahibəsində deyib.

"Həm AB-nin səhvləri, həm də Türkiyənin içərisində olduğu durum var. Bu vəziyyətin ən böyük səbəblərindən biri Kipr məsələsidir. Kiprdə 2004-cü ildə Anna Sülh Planı rədd edildi, lakin türklər tərəfindən qəbul edilməsinə baxmayaraq, Cənubi Kiprin üzvlüyə alınması böyük yanlış idi. Bu, AB prinsiplərinə zidd idi, çünki sərhəd problemini həll etməyən ölkənin AB-yə üzv olmasından söhbət gedə bilməzdi. Bu prinsipi AB qulaqardına vurdu və Kiprin üzv edilməsi ilə Kipr problemi AB-nin daxilinə daşındı", - deyə Gül bildirib.

O bildirib ki, Türkiyə AB hədəflərindən heç vaxt imtina etməməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.