Türkiyə

Türkiyə ordusu hücuma keçdi, PKK rəhbəri adamlarına səsləndi: Öləcəksiniz, qaçın!

16 May 2021 11:57
Baxış: 2 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terror təşkilatı PKK-nın liderlərindən olan Murad Karayılan ciddi zərbələr aldıqlarını və terrorçularına qaçmaq üçün təlimat verdiyini etiraf edib.

Milli.Az milliyet-ə istinadən xəbər verir ki, terrorçu təşkilatın yayın orqanlarına "Pəncə" hərəkatından aldıqları ağır zərbələrlə bağlı "ciddi zərbələr aldıq, ağır itkilərimiz oldu. Bir çox bölgədə komandirlərimizi itirdik. Bizi zəiflədib yox etmək istəyirlər" deyib.

Məlumatlara görə, Karayılan Türkiyə ordusunun ən müasir texnoloji vasitələrlə hücuma keçdiklərini deyib.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.