Türkiyə

Planlı "soyqırım": erməni qiyamı ABŞ-da hazırlanıb

21 Yanvar 2011 01:29
Baxış: 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az portalı xəbər verir ki, 1915-ci ildə baş vermiş hadisələrlə bağlı yürütdükləri lobbiçilik siyasəti ilə dünya gündəmini məşğul etməkdə olan ermənilərin türklər əleyhinə fəaliyyətə ABŞ-da başladıqları məlum olub.

Türkiyə Dövlət Arxivləri Baş İdarəsi tərəfindən nəşr olunan Osmanlı sənədləri, ABŞ-da yaradılan erməni təşkilatlarının Osmanlı əleyhinə fəaliyyətdə olduqlarını, mitinqlər keçirdiklərini, qəzetlərdə xəbərlər çap etdiklərini və pul yığdıqlarını aşkara çıxarır.
Həmin sənədlərin birində protestant ermənilərin təşkil etdikləri bir mitinqdə "Osmanlı dövlətində qiyam qaldıraraq xristian millətlərin diqqətini ermənilərə yönəltmək qərarı alındığı", digər sənəddə isə o dövrdə Vaşinqton səfirinin "ermənilər Anadoluda dinclik və asayişi yenidən pozarlarsa, bu məsuliyyətin böyük qisminin bəzi amerikalıların üzərinə düşəcəyi"ni ABŞ xarici işlər nazirinə çatdırdığı məlum olur.

Dövlət Arxivləri Baş İdarəsinin nəşr etdiyi iki cildlik "Osmanlı Sənədlərində erməni-amerikan əlaqələri" adlı əsərlərdə ermənilərin 1839-cu ildən 1919-cu ilə qədər ABŞ-da türklər əleyhinə göstərdiyi fəaliyyətlərlə bağlı 190 sənəd var.

Ermənilər Osmanlı hökumətinə qarşı təxribatlar üçün yardımlar toplayıblar

Kitabdakı 4 yanvar 1894-cü il tarixli bir sənədə görə, ABŞ dövlət başçısı Qrover Klevlend Konqresin açılış mərasimindəki nitqində erməni fəsadları və tabelilik məsələsini xüsusi qeyd edir. Çıxışında Osmanlı dövlətinin Amerika tabeliyinə keçən erməniləri bunu qiyamçı məqsədlərlə etdikləri səbəbi ilə ölkədən çıxarmaq istədiyini və buna haqqı olduğunu ifadə edir. Klevlend Amerikada çıxan erməni qəzetinin erməniləri açıq şəkildə üsyana təşviq xarakterli materiallar nəşr etdiyini də xüsusi vurğulayır.

Kitabdakı 1893-cü il tarixli bir sənəddə ABŞ-da çap olunan "Hayk" qəzetinin nəşrlərində "Ermənistan adında əyalət təşkil etmək üçün Ərzurum, Van və Diyarbəkir vilayətlərində cinayətlər törədilməsi və Amerikaya köçən ermənilərin ən gec beş il içərisində geri qayıdaraq müstəqillik üçün çalışmalarının lazım olduğu" göstərilir.
1 dekabr 1894-cü il tarixli bir başqa sənəddə də Nyu-Yorkda yaşayan ermənilərin "Hınçakist", "Tankaran", "Haygaganutyun", "Filarmenic", "Hırımyan" və "Qabrielyan" adlı 6 gizli cəmiyyətlərinin olduğu, bu cəmiyyətlərin Osmanlı hökumətinə qarşı təxribatlarda istifadə etmək üçün yardım topladıqları qeyd edilir.

1894-cü ilə aid olan bir başqa sənəddə Nyu York, Vorcester, Boston, Providens və Çikaqo kimi ermənilərin yaşadıqları şəhərlərdə Osmanlı dövləti əleyhinə fəaliyyət göstərən bir çox cəmiyyətlərin olduğu, bu cəmiyyətlərin bir qisminin "Hınçakist" təşkilatına, bir qisminin də münasib bir vaxtda Osmanlıya qarşı  istifadə etmək məqsədi güdən bir təriqətə mənsubluğu yazılır.

"Osmanlı dövlətində qiyam qaldırmaq və..."

Eyni tarixlərə aid bir başqa sənəddə də bəzi protestant rahiblər tərəfindən Vaşinqtonda bir erməni cəmiyyəti qurulduqdan sonra Vaşinqton səfirinin ABŞ xarici işlər nazirinə "Ermənilər Anadoluda dinclik və asayişi yenidən pozarlarsa, məsuliyyətin böyük qisminin bəzi amerikalıların üzərinə düşəcək" dediyi göstərilir.
9 oktyabr 1895-ci il tarixli bir başqa sənəddə  Amerika ermənilərinin din adamlarının dəstəyi ilə Bostonda Osmanlı dövləti əleyhinə böyük bir mitinqə hazırlaşdıqları öz əksini tapıb.
30 yanvar 1896-cı il tarixli bir sənəddə Amerika Qızıl Xaç Cəmiyyətinin başçısı Miss Bartonun yoxsul  ermənilərin xeyrinə Boston, Çikaqo və Nyu Yorkda mitinqlər təşkil edərək pul yığdığı yazılıb. Eyni dövrə aid bir başqa sənəddə də "Amerika parlamentinin erməni məsələsi səbəbindən Osmanlı hökuməti əleyhinə qərarlar qəbul etdiyi bildirildikdən sonra, məsələnin müzakirə olunaraq qərarların tətbiq edilməməsi üçün prosesin son dərəcə diqqət və həssaslıqla izlənməsinin lazım olduğu" qeyd olunur.
Vaşinqton səfiri əs-Seyid Mustafa Tahsin də 1896-cı il tarixli məktubunda "Xarici gəmilərlə İstanbula gətirilən erməni anarxistlərlə partlayıcı maddələrin Osmanlı dövlətinə soxulmaması üçün ermənilərin Amerikadan köçü məsələsində bəzi təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyi"  vurğulanır.

ABŞ baş konsulu Dikinsonun xəbərdarlığı...

Digər tərəfdən, Osmanlı sənədləri bəzi amerikalı məmurların da ermənilərin fəaliyyətlərini  nəzarətə saxladığını əks etdirir.
Amerika baş konsulu Çarls Dickinsonun 26 mart 1901-ci il tarixli məktubunda "Amerika tabeliyinə keçən ermənilərdə bir qiyam qaldırmaq niyyətinin hiss edildiyini bildirərək, Marsel, İskəndəriyyə, Batum və Odessadan gələcək ermənilərə polis tərəfindən son dərəcə diqqət yetirilməsinin zəruriliyi" göstərilir.

Xarici işlər naziri Tofiqin imzası ilə 25 oktyabr 1901-ci il tarixli bir sənəddə də Amerika hökumətinin Osmanlı dövlətinin müdaxiləsindən sonra "erməni komitələrinin fəaliyyətlərinin, olduqları yerlərin izlənilməsinə və kəşfiyyat məqsədilə xəfiyyə təyininə qərar verdiyinə dair Amerikanın İstanbuldakı səfiri vasitəsilə onlara məlumat verildiyi" qeyd olunur.

Yaqut
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.