İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçrədə dövlət tərəfindən tanınan dini icmalardan birinə rəsmi üzv olan vətəndaşlar yaşadıqları yerin qaydalarına uyğun olaraq kilsə vergisi ödəməlidirlər. Bu vergi dövlət tərəfindən digər vergilərlə birlikdə toplanır və müvafiq dini quruma köçürülür.
Milli.Az xəbər verir ki, ödənilən məbləğ bölgədən və şəxsin gəlirindən asılı olaraq dəyişir. Adətən kilsə vergisi gəlirin təxminən 1-3 faizi həcmində hesablanır. Yaşayış xərclərinin yüksək olduğu İsveçrədə bu əlavə maliyyə yükü bəzi vətəndaşları kilsədəki rəsmi üzvlüklərinə son qoymağa sövq edir.
Yerli "Le News" nəşrinin məlumatına görə, 2023-cü ildə 67 min 497 nəfər Katolik Kilsəsindən ayrılıb. Bu göstərici əvvəlki illə müqayisədə demək olar ki, iki dəfə artıb. Eyni dövrdə daha 39 min 517 nəfər protestant kilsələrindəki üzvlüyünü ləğv edib. Beləliklə, il ərzində təxminən 100 min nəfər rəsmi şəkildə kilsədən ayrılıb.
İsveçrə Pastoral Sosiologiya İnstitutunun məlumatına əsasən, kilsədən ayrılma hallarının ən çox qeydə alındığı bölgə 4,5 faiz göstərici ilə Bazel-Ştadt olub. İsveçrənin şimalında yerləşən bu ərazidə vətəndaşlar rəsmi müraciət edərək kilsə üzvlüyünü ləğv edə və bununla da kilsə vergisini ödəmək öhdəliyindən azad ola bilirlər.
Rəsmi statistika insanların kilsədən ayrılmasının səbəblərini ayrıca göstərməsə də, "Religion Watch" təşkilatının təhlilləri kilsə vergisinin tətbiq olunduğu kantonlarda üzvlükdən çıxma hallarının daha yüksək olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, bu tendensiyanı yalnız iqtisadi səbəblərlə izah etmək olmaz. Cəmiyyətdə dünyəviləşmənin sürətlənməsi, dini qurumlara inamın azalması və əvvəlki illərdə kilsələrdə baş verən müxtəlif qalmaqallar da insanların dini institutlardan uzaqlaşmasına təsir göstərən əsas amillər sırasındadır.
Sorğular göstərir ki, İsveçrədə özünü hər hansı dinə mənsub hesab etməyənlərin sayı da artır. 2022-ci ilin məlumatına görə, ölkə əhalisinin təxminən 34 faizi özünü ateist və ya heç bir dinə mənsub olmayan şəxs kimi təqdim edib. Bu isə İsveçrədə baş verən dəyişikliklərin yalnız vergi yükündən yayınmaq istəyi ilə deyil, eyni zamanda cəmiyyətin dini və mədəni baxışlarında baş verən dönüşlə də əlaqəli olduğunu göstərir./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur
-
200-dən çox Amerika hərbçisi məhv edilib - SEPAH
-
İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb
-
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi
-
Tokayevdən Putinə çağırış: Münaqişəni dondurun, İstanbul danışıqlarına qayıdın
-
Tramp: Çin və Rusiya İrana silah verməyəcək
XƏBƏR LENTİ
-
Sarı, yoxsa qırmızı moruq faydalıdır?
-
Bu ölkədə çəngəllərdən istifadə etmirlər: səbəbi təəccübləndirəcək
-
Üç bürcün dönüş nöqtəsi: gələn həftə hər şeyi əldə edəcəklər
-
İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur
-
200-dən çox Amerika hərbçisi məhv edilib - SEPAH
-
İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb
-
Coratda 26 yaşlı gənc dənizdə boğulub
-
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi
-
Ordumuzun giziri həlak oldu - (Foto)
-
Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər
-
Özcanın ailəsində yenə qalmaqal - Anası bacısını məhkəməyə verdi
-
Göygöldə Yaylaq Festivalında çardaq uçdu - Xəsarət alanlar var
-
Bu bürclər üçün sevgi və pul qapısı açıldı
-
"Arka Sokaklar" tarixə qovuşdu
-
Kadir İnanırın mirası ortaya çıxdı
-
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
-
Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi
-
Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək
-
Qaxda bıçaqlanma
-
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
-
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu
-
“Özü kəfən geyinib aramızdan köçdü, balasına yardım lazımdır“
-
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
-
TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı





