Türkiyə

Melih Gökçek barəsində istintaq başladıldı

30 Avqust 2026 09:23
Baxış: 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin paytaxtı Ankara şəhərinin keçmiş bələdiyyə sədri Melih Gökçek barəsində istintaq başladılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, istintaq qərarı Baş Prokurorluq tərəfindən müstəqil şəkildə verilib və Gökçekin xaricdəki şirkətlərə qanunsuz vəsait köçürməsi ilə bağlı mediada yayılmış iddialarla əlaqəlidir.

İstintaqın "həqiqətin üzə çıxarılması üçün" başladıldığı bildirilib.

M. Gökçek 1994-2017-ci illər aralığında Ankaranın bələdiyyə sədri olub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tələbi ilə istefa verib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.