Türkiyədə biri İran vətəndaşı olmaqla altı nəfər İran kəşfiyyatı üçün məlumat toplamaq şübhəsi ilə həbs edilib.
Milli.Az xəbər verir ki, məlumata görə, Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə həyata keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat zabitləri ilə əlaqədə olduqları müəyyən edilib.
İddialara əsasən, şübhəlilər Türkiyədəki hərbi obyektlər, eləcə də xaricdə yerləşən strateji əhəmiyyətli nöqtələr barədə kəşfiyyat məlumatları toplayıb, eyni zamanda lojistik dəstək göstəriblər. Onların Adanada yerləşən İncirlik Hava Bazasının müşahidə və kəşfiyyatında, həmçinin Türkiyədən üçüncü ölkələrə pilotsuz uçuş aparatlarının (PUA) daşınmasında iştirak etdikləri bildirilir.
Toplanan məlumatların İran kəşfiyyat xidmətinə ötürüldüyü iddia olunur.
Araşdırmalar davam etdirilir.
Fidan
Milli.Az





