Türkiyə

61 təyyarə reysi ləğv edildi

31 Dekabr 2025 10:13
Baxış: 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türk Hava Yolları" (THY) Türkiyənin şərq və mərkəzi hissələrində gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar 31 dekabr tarixinə planlaşdırılan 61 reysini ləğv edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin sosial media hesablarında rəsmi məlumat paylaşılıb.

Bildirilib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi istiqamətlər üzrə səfərlər ləğv olunub.

Qeyd edək ki, reysləri ləğv olunan sərnişinlər biletlərini başqa tarixə dəyişmək və ya geri qaytarmaq hüququndan istifadə edə bilərlər. Hazırda digər reyslərin cədvəl üzrə yerinə yetirilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.