Türkiyə

Türkiyədə nazir sürət həddini aşdı - Bu qədər cərimələndi - VİDEO

26 Avqust 2025 10:02
Baxış: 806
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ankara-Niğde avtomobil yolunda sürət həddini aşdığı üçün cərimələnib.

Milli.Az türkiyə mətbuatına istinadla xəbər verir ki, nazir sosial şəbəkə hesabında paylaşdığı videoda sürətinin 255 km/saat olduğunu göstərib və "Özüm xəbər verdim" sözləri ilə bu anı ictimaiyyətlə bölüşüb.

Bir neçə saat sonra Uraloğlu yeni açıqlama yayaraq, magistral jandarma tərəfindən 9267 lirə(385 manat) məbləğində cərimə aldığını bildirib. Nazir paylaşımında bunları qeyd edib:

"Yolun vəziyyətini yoxlamaq üçün sükan arxasına keçdim. Qısa müddətlik sürət həddini aşdım. Video ilə mən özüm xəbər vermiş oldum".

O, əlavə edib ki, sürət həddinə riayət etmək hər kəs üçün məcburidir və bu hadisədən sonra "daha diqqətli olacağına" söz verib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.