Türkiyə

Aysunun qatilləri ən yaxınları imiş - Gerçəklər 3 il sonra üzə çıxdı - FOTO

20 İyul 2025 17:26
Baxış: 646
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Muğlanın Fethiye rayonunda 3 il əvvəl itkin düşən Aysun Dersəyə aid sümük qalıqları və geyimləri meşədə tapılıb. Əldə olunan sübutlardan yola çıxan istintaq qrupları, Aysun Dersəni həyat yoldaşı Metin Derse iki qayını və yoldaşının əmisi oğlunun öldürdüyünü müəyyən edib. Məhkəməyə çıxarılan şübhəlilər həbs olunaraq həbsxanaya göndərilib.

Milli.Az bu barədə yerli mətbuata istinadən xəbər verir.

Muğlanın Fethiye rayonunda, 2022-ci ilin aprel ayında itkin düşən Aysun Derse ilə bağlı Fethiye Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində, Muğla İl Təhlükəsizlik İdarəsinin Cinayət Axtarış Bürosunun əməkdaşları 12 iyun tarixində Fethiye meşəsində araşdırma aparıblar.

Meşədə sümük parçaları və geyimləri tapılıb

Aparılan işlər nəticəsində Aysuna aid sümük qalıqları və geyimlər aşkarlanıb. Toplanmış sübutlar və əldə olunan dəlillər əsasında polis müəyyən edib ki, Aysun Dersə həyat yoldaşı Metin Derse, onun iki qardaşı və əmisi oğlu tərəfindən öldürülüb.

Ünvanlardan silah-sursat çıxdı

Bu faktlarla bağlı prokurorluğun təlimatı ilə hadisə ilə əlaqəsi olan 10 nəfər barəsində həbs qərarı çıxarılıb. Polis Antalya, Diyarbakır, Elazığ və Mersində eyni anda keçirdiyi əməliyyatlarda şübhəliləri saxlayıb. Onların evlərində aparılan axtarış zamanı 2 ədəd qeydiyyatsız tapança, 2 ədəd sənədsiz ov tüfəngi, 2 ədəd sənədli ov tüfəngi və 47 ədəd tapança gülləsi aşkarlanaraq götürülüb.

Tutulublar

Şübhəlilər polis bölməsindəki istintaqdan sonra məhkəməyə təqdim olunublar. Məhkəmənin qərarı ilə Metin Derse, onun iki qardaşı və əmisi oğlu həbs olunub, digər 6 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.