Türkiyə

Türkiyədə gecə klubuna qumbara atıldı - Yaralılar var - FOTO

27 May 2025 11:45
Baxış: 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulun Kağıthane rayonunda yerləşən əyləncə məkanına motosikletlə yaxınlaşan iki şəxs tərəfindən əl qumbarası ilə hücum təşkil edilib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində 3-ü ağır olmaqla ümumilikdə 7 nəfər yaralanıb.

Hadisə saat 01:40 radələrində Kağıthane rayonunun Hürriyyət məhəlləsində, Park küçəsində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində fəaliyyət göstərən əyləncə məkanında baş verib. Motosikletdə olan naməlum şəxslər məkanın yerləşdiyi binaya əl qumbarası atıblar.

Partlayış nəticəsində məkan daxilində olan şəxslərdən 7-si xəsarət alıb, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir. Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə ətraf xəstəxanalara çatdırılıb.

Hücum edən şəxslərin müəyyən edilməsi və saxlanılması məqsədilə ərazidə yerləşən təhlükəsizlik kameralarının görüntüləri təhlil edilir. Hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat başladılıb.

Rəsmi orqanlar hadisənin terror aktı olub-olmaması məsələsini də istisna etmirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.