Türkiyə

İmamoğlu barəsində daha bir istintaq başladıldı

14 May 2025 17:44
Baxış: 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hakim tərəfindən dindirilərkən ifadəsində prokurorlar haqqında dediyi sözlərə görə İmamoğlu barəsində daha bir istintaq başladılıb.

Milli.Az xəbər verir ki, martın 23-də korrupsiya ittihamı ilə həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri və Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu barəsində hakim tərəfindən dindirilərkən ifadəsində iki baş prokurorun ünvanına söylədiyi sözlərə görə istintaq başladılıb.

İmamoğlu bu gün (14 may) saat 13:00-da "ictimai vəzifəyə görə təhqir cinayəti" çərçivəsində SEGBİS vasitəsilə açıqlama verəcək.

Xatırladaq ki, Ə.İmamoğlu İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya ilə bağlı mart ayında həbs edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.