Türkiyə

Qız ağlaya-ağlaya danışdı, mer "dələduzluq üsuludur" dedi - VİDEO - FOTO

2 May 2025 10:05
Baxış: 1 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə yol açıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüntülər barəsində İstanbul valisi açıqlama verib. O bildirib ki, yayılan videodakı məsələ dələduzluq üsullarından biridir.

İstanbul valisi Davud Gül avtobusda guya epilepsiya keçirən adama kömək edildiyini göstərən videonun əslində dələduzluq olduğunu bildirib.

Vali deyib ki, belə yalan xəstəlik və acınacaqlı hadisələrlə dilənmək halları çox yayılıb. Onun sözlərinə görə, epilepsiya xəstələrinin dərmanlarını dövlət pulsuz verir və bu da hər kəsə məlumdur. Gül əlavə edib ki, avtobusda huşunu itirən və ya küçədə uşağı ilə ac qalan adamları görüb inandıqca bu fırıldaqlar bitməyəcək. O, insanlardan diqqətli olmalarını istəyib və zəkatla sədəqəni yalnız tanıdıqları ehtiyac sahiblərinə və ya güvəndikləri yerlərə vermələrini tövsiyə edib.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.