Türkiyə

Türkiyədə daha bir zələlə oldu

26 Aprel 2025 11:05
Baxış: 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul və Kütahyanın Simav bölgəsindən sonra bu dəfə Konya da zəlzələ ilə sarsıldı.

Milli.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, saat 07:16-da Konyanın Cihanbeyli bölgəsində 3,9 maqnitudasında zəlzələ baş verib. Zəlzələnin episentri 13,15 kilometr dərinlikdə qeydə alınıb. Bir neçə dəqiqə sonra bölgədə başqa bir zəlzələ daha meydana gəlib.

Bölgədə daha çox zəlzələ olma ehtimalı ilə əlaqədar, AFAD əhalini ehtiyatlı olmağa çağırıb.

Dağıntı və təlafatın olmadığı bildirilir.

Qeyd edək ki, ötən gün İstanbulda baş verən 6,2 maqnitudasında olan zəlzələdən sonra, dünən də Kütahyanın Simav bölgəsi 50-yə yaxın zəlzələ qeydə alınıb. 

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.