Lefkoşadakı İrsen Küçük orta məktəbində hicablı qız şagirdin məktəbə buraxılmaması gündəmi zəbt edib.
Milli.Az xəbər verir ki, Türkiyə prezident Ərdoğan isə hadisəyə reaksiya verərək, "Bu, ədəbsizlikdir. Yaxın günlərdə KKTC-yə səfər edəcəyik. Orada lazımi mesajları verəcəyik. Onları sıxmasanız, yerlərini bilmirlər" sözlərini deyib.
Prezident Ərdoğan KKTC-də liseylərdə hicabın qanuniləşdirilməsinə etirazlara və orta məktəb şagirdinin hicabına görə məktəbə buraxılmaması ilə bağlı müzakirələrə sərt reaksiya verib.
Lefkoşadakı İrsen Küçük Orta Məktəbində qız şagirdin hicablı olduğu üçün məktəbə buraxılmaması və məktəbdən qovulmasından sonra Milli Təhsil Nazirliyi nizamnaməyə dəyişiklik edərək, şagirdlərin "hicab və bandana" ilə dərslərə getməsinə icazə verib. Bu qərar ana müxalifətin tələbi ilə verilib və məktəblərdə hicabın qadağan olunmasını müdafiə edən Kipr Türk Müəllimlər Birliyinin (KTÖS) təşkil etdiyi aksiyalar nəticəsində Baş nazirlik geri addım ataraq tənzimləmə qərarını geri götürdüyünü açıqlayıb. Belə ki, orta məktəblərdə şagirdlərin hicablı olub-olmaması tamamilə məktəblərin təşəbbüsünə buraxılıb.
KKTC-də hicablı şagirdin məktəbə buraxılmaması, daha sonra Nazirlər Kabinetinin liseylərdəki şagirdlərə inanclarına görə hicab taxmasına icazə verən nizamnamə dəyişikliyi və bəzi həmkarlar ittifaqlarının bu qərara qarşı başlatdığı etirazlar AK Partiya Mərkəzi İcra Divanında müzakirə edilib.
Fidan
Milli.Az