Türkiyə

Türkiyədə mədəndə partlayış: 13 yaralı var

10 Aprel 2025 09:52
Baxış: 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə mədəndə partlayış baş verib.

Milli.Az xəbər verir ki, partlayış nəticəsində 13 nəfər yaralanıb.

Hadisə Ankaranın Nallıhan qəsəbəsində yerləşən Çayırhan mədənində baş verib. Yaralılardan 2-nin vəziyyəti ağırdır.

Gecə saat 3-də baş verən hadisə zamanı yaralanan 13 işçidən 2-nin vəziyyəti ağır olduğu üçün onlar Ankara Şəhər Xəstəxanasına göndərilib, digərləri isə Beypazarı Dövlət Xəstəxanasında müalicə alır.

Ankara Valiliyi hadisə ilə bağlı açıqlama yayaraq bildirib ki, partlayış qaz sızması səbəbindən baş verib və 29 işçidən 1-i ağır, 1-i orta, 11-i isə yüngül xəsarət alıb.

İslam
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.