Türkiyə

"Qız qaçırma" üstündə silahlı dava - 13 nəfər yaralandı - ANBAAN VIDEO

9 Aprel 2025 11:05
Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Diyarbəkirin Kayapınar rayonunda iki ailə arasında "qız qaçırma" məsələsinə görə silahlı qarşıdurma baş verib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, insident axşam saatlarında olub. İki ailə arasında yaranan mübahisə qısa zamanda silahlı qarşıdurmaya çevrilib. Hadisə yerinə cəlb edilən polis qruplarından biri qarşıdurmaya müdaxilə etməyə çalışarkən güllə ilə yaralanıb.

Hadisə nəticəsində ümumilikdə 9 nəfər yaralanıb. Yaralılardan 1 nəfərin vəziyyəti ağır, digərlərinin isə yüngül olduğu bildirilib.

Atışma nəticəsində bəzi park edilmiş avtomobillərə və yaxınlıqdakı obyektlərə də ziyan dəyib.

Polis hadisə ilə bağlı ətraflı araşdırmaya başlayıb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.