Türkiyə

İstanbulda əməliyyat: Tanınmış müğənni də saxlanıldı

19 Mart 2025 10:22
Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul Böyük Şəhər Bələdiyyəsində aparılan əməliyyat çərçivəsində Türkiyənin tanınmış müğənnisi Ercan Saatçı saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, müğənni İstanbul Böyük Şəhər Bələdiyyəsinin təşkil etdiyi konsertlərə görə nəzarətə götürülüb.

Əməliyyatın təfərrüatları hələlik açıqlanmasa da, Saatçinin saxlanılma səbəbi olaraq bələdiyyə tərəfindən keçirilən konsertlər göstərilir. Saatçının saxlanılması, İstanbulda keçirilən digər konsertlər və bələdiyyənin fəaliyyətləri ilə əlaqəli araşdırmaların bir hissəsi olaraq qiymətləndirilir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.