Türkiyənin Zonguldak vilayətinin Ereğli mahalına bağlı Gülüç Bələdiyyəsində illərlə çalışan Sadık Rəcəb Kara bələdiyyə sədri seçilib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, 19 il rəsmi sürücü, ümumilikdə 27 il bələdiyyədə işləyən Kara fevralın 12-də keçirilən seçkidə 8 səs toplayaraq vəzifəyə təyin olunub.
İYİ Partiya məclis üzvlərinin dəstəyini qazanan Kara xalq üçün çalışacağını və 4 il sonra yenidən namizəd olacağını bildirib. "Xalqın içindən gəlirik və onların problemlərini yaxşı bilirik" deyən Kara bələdiyyənin bütün imkanlarını vətəndaşların xidmətinə səfərbər edəcəyini vurğulayıb.
Kara səlahiyyət müddətində xalq tərəfində olacağını və qapısının daim onlara açıq olacağını bildirib.
Fidan
Milli.Az