Türkiyə

Məşhur şirkətin CEO-su saxlanıldı

2 Mart 2025 00:35
Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ən böyük şirkətlərindən biri olan "Zorlu Holding"in İcraçı Direktoru (CEO) Cem Köksal şirkətin digər yüksək səviyyəli idarəçisinə işçilərə göndərdiyi Ramazan mesajına görə xəbərdarlıq etdiyinə görə barəsində açılan istintaq çərçivəsində saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul Prokurorluğu Köksal haqqında "inanc, düşüncə və fikir azadlığının həyata keçirilməsinə mane olmaq" cinayəti ilə istintaq başladıb.

İstintaq çərçivəsində İstanbul Təhlükəsizlik Müdirliyi Köksalı nəzarətə götürüb.

Qeyd edək ki, "Zorlu Holdinq"in CEO-su Cem Köksal və holdinqə bağlı olan "Vestel"in baş direktoru Ergün Güler ​​Ramazan təbriki "mail"nə görə üz-üzə gəlib. Köksal şirkətin Şəkər və Qurban bayramlarını qeyd etdiyini və holdinqin 70 illik tarixində heç bir "Ramazan bayramı"nın qeyd olunmadığını bildirib.

Köksal, "Şirkət olaraq dindən asılı deyilik. Çoxmillətli bir şirkət olmağa çalışarkən, hər dindən və millətdən işçimiz olmasını gözləyirik", - demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.