Türkiyə

Ərdoğanın ilk iftarı - FOTO

1 Mart 2025 23:45
Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayının ilk iftarını şəhid yaxınları ilə birlikdə açıb.

Milli.Az xəbər verir ki, Ərdoğan bu haqda sosial media hesabında paylaşım edib.

"Uzatdığımız əlin havada qalması və ya dişlənməsi halında yumruğumuzu daim hazır tuturuq. Sülh və əmin-amanlıq içində yaşamağı nə qədər seviriksə, müqəddəs saydığımız dəyərlərimizə, inancımıza, vətənimizə, dövlətimizə o qədər güzəştsiz yanaşırıq." - deyə bildirdi.

"Verilən sözlər yerinə yetirilməzsə, günah bizdən getdi"

Ərdoğan xalqından, xüsusilə də şəhid yaxınları və qazilərdən, son dövrlərdə baş verən hadisələri bu baxımdan qiymətləndirmələrini istədiyini vurğulayıb:

"Ölkəmizə 40 ildir ağır insani və iqtisadi yük gətirən bir problemi sakit şəkildə həll etmə imkanını görməzdən gəlmək, inkar etmək və ya bir ovuc fanatikin təsiri altında qalmaq Türkiyə kimi bir ölkəyə əsla yaraşmaz.

Heç kimin bundan şübhəsi və narahatlığı olmasın ki, Türkiyə həm ölkə daxilində, həm də xaricində terrorla mübarizədə təkcə bölgəmizin deyil, dünyanın ən güclü, ən bacarıqlı və ən qətiyyətli ölkəsidir.

Əgər verilən sözlər yerinə yetirilməzsə, proses hər hansı şəkildə ləngidilərsə, səthi yanaşmalarla, sadəcə görüntü yaratmaqla, ad dəyişdirməklə eyni yola davam edilərsə, günah bizdən gedər. Hal-hazırda davam edən əməliyyatlarımızı, lazım gələrsə, daş üstündə daş, çiyin üstündə baş qoymadan son terrorçunu zərərsizləşdirənə qədər davam etdirəcəyik." - deyə bildirdi.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.