Türkiyə

İstanbulda yüzlərlə reys ləğv edildi

19 Fevral 2025 08:23
Baxış: 1 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulun Sabiha Gökçən hava limanından cümə axşamı və cümə günləri planlaşdırılan daxili və beynəlxalq uçuşların 15%-ə qədəri güclü çovğundan dolayı ləğv ediləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə hava limanının əməliyyat şirkəti HEAŞ-ın açıqlamasında deyilir.

"Gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar fevralın 20-də uçuşların 10%-i, fevralın 21-də isə 15%-i ləğv ediləcək", - deyə bildirilib.

Qeyd edək ki, bundan əvvəl türkiyəli sinoptiklər siklonun təsiri ilə İstanbulda dörd gün qar yağacağını və temperaturun kəskin şəkildə aşağı düşəcəyini bildirmişdilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.