Türkiyə

21 yaşlı qız keçmiş nişanlısı tərəfindən öldürüldü - FOTO

18 Fevral 2025 12:00
Baxış: 1 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nevşehir'də 26 yaşlı Mustafa Baltaş adlı oğlan 21 yaşlı nişanlısını öldürüb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki,  təxminən 2 ay əvvəl ayrıldığı 21 yaşlı nişanlısı Beyza Akdoğanı pompalı ov tüfəngi ilə öldürdükdən sonra eyni silahla özünü vurub. Hadisə axşam saatlarında Cevher Dudayev məhəlləsində, Yasemin küçəsində baş verib. İddialara görə, Baltaş əlində pompalı ov tüfəngi ilə keçmiş nişanlısının evinə gedərək mübahisə zamanı onu vurub, daha sonra isə özünə atəş açıb.

Hadisə yerinə gələn tibb qrupları hər iki gəncin həyatını itirdiyini müəyyən ediblər. Cəsədlər yarılma üçün Nevşehir Dövlət Xəstəxanasının morquna aparılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.