Türkiyə

Dəhşətli yanğından sonra İstanbuldakı hotellərlə bağlı qərar verildi

31 Yanvar 2025 08:03
Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərində sənədsiz və ya sənədi olub Mədəniyyət və Turizm Nazirliyinin yaşayış yeri kimi icazəsi olmayan bütün hotellər bağlanacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İstanbul valisi Davut Gül açıqlayıb.

Bildirilib ki, qarşıdakı günlər ərzində yoxlamalar aparılacaq. Ən gec fevralın 2-dək sözügedən mehmanxanaların hamısının fəaliyyəti dayandıralacaq.

D. Gül söyləyib ki, prioritet məsələ hotellərin zəlzələyə davamlı olmasıdır.

Xatırladaq ki, sözügedən qərar Bolu vilayətində xizək kurortundakı hoteldə 78 nəfərin ölümü ilə nəticələnən yanğından sonra verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.